Ermənilərdən kürdlərə növbəti dəstək


19:32     22 Oktyabr 2015 eafjd.jpg

Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (EAFJD) növbəti dəfə Türkiyənin kürd Xalqların Demokratik Partiyasına (HDP) dəstəyini nümayiş etdirib.


Femida.az Türkiyədə erməni və türk dillərində nəşr olunan «Aqos» qəzetinə istinadən xəbər verir ki, federasiya yaydığı bəyanatda Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Avropa ölkələrində yaşayan Türkiyə vətəndaşlarını HDP-yə səs verməyə çağırıb.

“HDP-nin parlamentə girməsi azadlıq, bərabərlik, sülh və ədalətin zəmanəti olacaq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Türkiyədə 7 iyunda keçirilən parlament seçkisində də oxşar hadisələr baş vermiş, bir çox erməni təşkilatı HDP üçün səs istəmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1439