DTX-nın Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib


13:59     02 Fevral 2019 sahmat.jpg

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 fevral - Gənclər Günü ilə bağlı şahmat turniri keçirilib.


Femida.az xəbər verir ki, "Gələyin gəncləri qrossmeysterlə birgə" adlanan tədbirdə 3 qat Avropa çempionu, Azərbaycan millisinin üzvü Qədir Hüseynov da iştirak edib. O, uşaqlar üçün eyni zamanda 38 lövhədə master-klass keçib.

DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən yarışa azyaşlı şahmatçılar qatılıb. Turnirdə DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun üzvləri və müxtəlif şahmat məktəblərinin idmançıları iştirak edib. Yarışda həmçinin Bakı və Azərbaycan çempionları da yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 568