Azərbaycanda vəkilliyin 100 illiyi qeyd olunacaq


15:28     02 Fevral 2019 2019/02/15158619343335159486_1000x669_1549103638.jpg


Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu il Azərbaycanda vəkilliyin 100 illiyinin qeyd olunacağını deyib. Femida.az xəbər verir ki, sədr yubileylə əlaqədar böyük tədbirlər keçiriləcəyini bildirib:


“Azərbaycanda vəkilliyin tarixi böyükdür. Düzdür, buna şübhə edənlər var idi. Amma Vəkillər Kollegiyası bu şübhələri aradan qaldırmaq üçün komissiya yaratdı. 3 ay elm adamları ilə birlikdə araşdırma apardıq. Milli Arxiv İdarəsinə müraciət etdik, oradan sənədləri topladıq. İsmayıl bət Ziyadxanovun kötücəsi onda olan sənədləri bizə verdi. Nəticədə müəyyən oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan vəkillik fəaliyyəti və vəkil qurumları olub. Elə cümhuriyyətin qurucularından bir çoxları vəkil olub. Bu il Azərbaycanda vəkilliyin yaradılmasının 100 illiyini (1919-2019) qeyd edəcəyik. Eyni zamanda müstəqil vəkilliyin yaradılmasının da 20 ili tamam olur. Odur ki, bu il böyük tədbirlərimiz olacaq”.

“Sovet dövründə Vəkillər Kollegiyası ədliyyə nazirliyinin tərkibində idi. Müstəqil qurum deyildi. Keçmiş SSRİ respublikaları içində ilk müstəqil vəkillik qurumu məhz Azərbaycanda yaradıldı. Bu çox böyük faktdır. Bizim Kollegiya dövlət qurumu deyil. Özü özünü maliyyələşdirən bir qurumdur. Bu da bizim müstəqil olduğumuzun göstəricisidir. Düzdür, bizim Ədliyyə nazirliyi ilə sağlam münasibətilərimiz var. Amma tabeçilik münasibətlərimiz yoxdur”, - Anar Bağırov qeyd edib.

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #ədliyyə   #kollegiya  

Oxunub: 2204