Hacıqabulda bıçaqlanma

Hacıqabulda bıçaqlanma


16:18     02 Fevral 2019 bicaq1.jpg

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Fevralın 1-də 1992-ci il təvəllüdlü Qasımov Rəvan Fətəli oğlu bıçaq yarası xəsarəti ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, fevralın 1-i saat 10 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini 1991-ci il təvəllüdlü Sahibzaman Nadirov rayonun Atbulaq kəndi ərazisində yerləşən otlaq sahəsində şəxsi münasibətlərdən yaranan mübahisə zamanı R.Qasımovu kürəyindən bıçaq zərbəsi ilə vurub.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində S.Nadirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 255