"Qırmızı Körpü"də siqaret əməliyyatı


16:46     02 Fevral 2019 2019/02/siqaret-gomruk_1549105068.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.


DGK-dan Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 380