Zaqatalada yol qəzası: ölən və yaralanan var


15:55     02 Fevral 2019 19_02_02_1549105752.jpg


Zaqatala rayonunda yol qəzası baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü İsa Qurban oğlu Nuhiyev idarə etdiyi "Hyundai Accent" markalı minik avtomobilini aşırıb. Nəticədə onun yaxın qohumu - Balakən rayonunun Katex kənd sakini, 1995-ci il təvəllüdlü Abdulla Kahol oğlu Maamiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ.Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 360