Venesuelada Maduro tərəfdarlarının yürüşü başlayıb


19:22     02 Fevral 2019 2019/02/b20a9006-4e8a-47da-a6ae-d067af812c13_1549120462.jpg

Venesuela Milli Müəssislər Məclisinin rəhbəri Diosdado Kabelo ölkə prezidenti Nikolas Maduro tərəfdarlarının yürüşünün başlandığını elan edib.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Şərəfli xalqımızla birlikdə inqilabın 20 illiyini bayram etməyə gedək. Nə təhlükə, nə hücum bizi yoldan çaşdırmayacaq. Yaşasın Çaves! Biz qalib gələcəyik", - deyə o yazıb.

Qeyd edək ki, bu gün həmçinin müxalifətçilərin də etiraz aksiyası planlaşdırılıb. Milli Məclisinin başçısı Xuan Quaydo insanları küçələrə çıxmağa, insan hüquqları, prezident seçkilərinin keçirilməsi və digər tələblərlə çıxış etməyə çağırıb.

Xatırladaq ki, o, yanvarın 23-də müvəqqəti dövlət başçısı elan edib. ABŞ və bir sıra ölkələr habelə Avropa Parlamenti Xuan Quaydonu Veneseula prezidenti kimi tanıyıblar.

Açar sözlər:

Oxunub: 475