Cəlilabad sakini itkin düşüb - FOTO


19:50     02 Fevral 2019 2019/02/2072725a-84e1-4d4b-b904-d572b941524e_1549121719.jpg

Cəlilabad rayon sakini itkin düşüb.

"Report"un Aran bürosu xəbər verir ki, Göytəpə şəhər Nizami küçəsi, ev 67-də yaşayan 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudov yanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.

Daha əvvəl Cəlilabad rayonunda sahibkar intihar edib.

Açar sözlər:

Oxunub: 361