Şəkidə 41 yaşlı qadın zəhərlənib


09:14     03 Fevral 2019 19_02_03_1549170901.jpg

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 280