Elnur Səmədov Rusiya çempionu oldu


12:01     03 Fevral 2019 19_02_03_1549178158.jpg

Azərbaycanəsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında Rusiyanın boks üzrə çempionu olub.

Femida.az “TASS”a istinadən xəbər verir ki, Səmədov Ümumrusiya Boks Forumu çərçivəsində Anapada keçirilən təkbətək döyüşdə Visxan Murzabekovu məğlub edib.

25 yaşlı Elnur apreldə Prezident Kubokunun seçmə turnirinin yarımfinal döyüşündə erməniəsilli döyüşçü Ayk Şahnazaryanla qarşılaşacaq.

Açar sözlər:

Oxunub: 513