Robot Sofiyanın balaca bacısı yaradılıb - VİDEO


12:13     03 Fevral 2019 19_02_03_1549181698.jpg

Dünyanın süni intellektlə işləyən ilk sosial humanoid robotu – Sofiyanın yaradıcısı olan “Hanson Robotics” şirkəti artıq onun kiçik bacısını da yaradıb.
Femida.az “Kickstarter.com”a istinadən xəbər verir ki, 35 santimetr hündürlüyündə olan bu balaca Sofiya 7-13 yaş arası uşaqların STEM (“Science, Technology, Engineering and Mathematics” tədris metodu) tədrisini, kodlaşdırmanı və süni intellekti daha maraqlı və əyləncəli formada öyrənməsi üçün unikal vasitədir.



Balaca Sofiya yeriyə, danışa, mahnı oxuya, oyun oynaya və hətta uşaqlar kimi zarafatlaşa bilir. Öz böyük bacısı kimi, balaca Sofiyanın da özünəməxsus mehriban və cəlbedici, hər şeylə hədsiz maraqlanan, əyləncəli xarakteri var. Balaca Sofiya dünyada insana məxsus bir çox emosiyaları təqlid edə bilən insan simalı yeganə istehlak robotudur. O, əmrlərə cavab verməklə yanaşı, həm də aktiv şəkildə söhbətlərə qoşulur.

Açar sözlər:

Oxunub: 837