Həftənin ilk günü hava necə olacaq? - Proqnoz
12:43 03 Fevral 2019
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcək.
Oxunub: 467
Oxşar xəbərlər
- Həftənin ilk gününün havası
- Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
- Həftənin cinayət hadisələri - Baş Prokurorluq videoçarx hazırladı
- Həftənin son gününə olan hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu
- Həftənin son günü hava necə keçəcək? - Proqnoz
- Həftənin ilk iş gününün HAVAsı
- Həftənin son iş gününə manatın məzənnəsi
- Həftənin ilk iş günü üçün hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu