Azərbaycanda 34 məhkum cərrahi əməliyyat olunub
13:26 03 Fevral 2019
"Ötən illərlə müqayisədə mülki tibb müəssisələrində müayinələrə, konsultasiyalara, cərrahiyyə əməliyyatlarına və digər tibbi tədbirlərə çıxarılma halı 13% artıb (2018-ci ildə 237, 2017-ci ildə 210 olub). Bu da məhkumlara göstərilən tibbi xidmətin sivil sektorla ekvivalentliyinin təmin edilməsi məqsədini daşıyır"
Femida.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Respublikanın aparıcı mütəxəssisləri tərəfindən müalicə müəssisəsində keçirilən konsultasiyaların və cərrahiyyə əməliyyatlarının sayında artım müşahidə olunur. Belə ki, 2018-ci ildə 286 konsultasiya, 34 cərrahiyyə əməliyyatı olubsa, 2017-ci ildə 246 konsultasiya, 30 cərrahiyyə əməliyyat edilib.
"Azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanlar cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verən xəstəlik halları cəzaçəkmə müəssisələrində də qeydə alınır. Həbs edilmiş şəxs penitensiar müəssisəyə daxil olarkən o, ilkin tibbi müayinələrdən keçirilir və azadlıqdan düçar olduğu xəstəliklər barədə məlumatlar tibbi sənədlərdə qeydiyyata alınaraq həkim nəzarətinə götürülürlər. Penitensiar müəssisələrdə tibbi xidmət hər bir məhbusa əlçatandır və onlara xəstəliyinə uyğun olaraq tibbi yardımlar göstərilir. Bütün cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələri mövcuddur. Zərurət yarandıqda məhbusun müayinə və müalicələrinə Səhiyyə Nazirliyinin ali dərəcəli müxtəlif ixtisaslı aparıcı həkimləri də cəlb olunur. Mürəkkəb diaqnostik hallarda müayinələr zamanı Səhiyyə Nazirliyinin klinikalarının maddi-texniki imkanlarından da istifadə edilir,"- deyə məlumatda qeyd edilib.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib