Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq


14:29     03 Fevral 2019 19_02_03_1549189811.jpg

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.

Tbilisi İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.

“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Saray Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 742