Yenidən Nəsimi obrazını canlandırmaram”

"Yenidən Nəsimi obrazını canlandırmaram”


15:49     03 Fevral 2019 rasim%20balayev.jpg

"Nəsimi" filmi çəkilsə, dəvət alsam, yenidən o obrazı canlandırmaram.

Femida.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O, bildirib ki, prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda "Nəsimi ili" elan etməsindən məmnun olub: "Prezidentin bu addımını alqışlayıram. "Nəsimi ili" ilə bağlı böyük seminarlar, tədbirlər olacaq. Məktəblərdən təkliflər gəlir ki, onların tədbirlərinə qatılıb, uşaqlara bildiklərimdən danışım. Hələlik hazırlıq gedir. Məni də dəvət edirlər. Alınsa, iştirak edəcəyəm.

"Nəsimi" filminə gəldikdəsə, filmə dəvət alsam, çəkilmərəm. Mən oynadığımı oynamışam. Yəqin ki, təzə ssenari yazılar, ona uyğun aktyorlar seçilər. Mən gedib, nə məsləhət verə bilərəm ki?"

Femida.az

Açar sözlər:

Oxunub: 180


Oxşar xəbərlər