Qobustanda yollar buz bağladı - 4 nəfər xilas edildi


16:50     03 Fevral 2019 19_02_03_1549197802.jpg

Qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən "Nissan" markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə saytına istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılmış, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıb.

Əməliyyat uğurla başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 538