Güneyli siyasi fəal evinin qarşısında vəhşicəsinə döyüldü


17:14     03 Fevral 2019 19_02_03_1549198991.jpg

İranda Güney azərbaycanlı milli fəallara qarşı təzyiqlər davam edir.

Femida.az bildirir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fevralın 2-də Xudafərində milli hərəkatçı Şükür Qəhrəmani naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Şükür bəyi evinin qarşısında ağacla döyüblər.

Qeyd edək ki, ixtisasca müəllim olan Şükür Qəhrəmani dəfələrlə molla rejiminin antitürk siyasətinə etiraz etdiyi üçün həbsə düşüb. Sonuncu dəfə o İnqilab Keşikçiləri Korpusu əməkdaşlarının özbaşınalığına etiraz etdiyinə görə saxlanılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 264