Futzal millimizin rəqibləri müəyyənləşdi


20:11     03 Fevral 2019 2019/02/A4BA0AF0-3039-49DC-9978-39C4C14EBD03_1549210464.jpeg

Futzal üzrə Azərbaycan milli komandasının final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının əsas mərhələsindəki son 2 rəqibi müəyyənləşib.

Femida.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Slovakiya ilə yanaşı, Moldova və Monteneqro komandaları ilə də qarşılaşacaq. İlkin mərhələdə çıxış edən Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi mübarizəni davam etdirmək hüququ qazanıb.

Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda elit-raunda vəsiqə qazanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 434


Oxşar xəbərlər