İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb


22:00     03 Fevral 2019 asibbbbb.jpg

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.

İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438