Meşədə gənc qıza işgəncə verən şəxslər saxlanılıb - VİDEO


09:11     04 Fevral 2019 2019/02/son-dakika-genc-kizi-ormanlik-alanda-darp-eden-6-11705017_3942_m_1549258371.jpg

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə qeydə alınıb.



Femida.az xəbər verir ki,Antalyanın Kəpəz bölgəsində 3-ü qadın olmaqla, 5 nəfər mübahisə etdikləri bir qadına meşəlik ərazidə işgəncə verib.

Yaşları 15-20 arasında olan cinayətkarlar qadını meşəyə saçından tutub sürüyərək aparıb. Daha sonra fiziki şiddət tətbiq ediblər. Bununla ürəkləri soyumayıb və qadının pulunu oğurlayıblar. Cinayətkarlar qadını bu hadisəni kimsəyə söyləməməklə qorxudub. Onlar bildirib ki, əks halda qadının ailəsinə də zərər verəcəklər.




Hadisənin görüntülərinin mətbuata sızmasından sonra Antalya Polis İdarəsi və Jandarm Komandanlığı istintaq əməliyyatları başladıb. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulub.

Qeyd edək ki, bu hadisə Türkiyə cəmiyyətində böyük müzakirələrə və narazılığa səbəb olub.

Açar sözlər:

Oxunub: 1007