PKK-ya qarşı antiterror əməliyyatları keçirilib


20:59     22 Oktyabr 2015 big_bursadaki-pkk-operasyonunda-tutuklanan-kisi-sayisi-14-oldu-.jpg

Türkiyənin bir neçə vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, əməliyyatlar çərçivəsində Ərzurumda 8 nəfər, Ağrıda üçü kənd muxtarı olmaqla 8 nəfər, Manisada isə 14 nəfər saxlanılıb.

Ərzurumda saxlanılan səkkiz şübhəlidən beşi məhkəmənin qərarı ilə həbs edilib.

Əməliyyatların davam etdiyi bildirilir.

Açar sözlər:

Oxunub: 1001