3 alim diri-diri yandı


09:57     04 Fevral 2019 2019/02/727346_1549260014.jpg

İranda Kosmik Araşdırma Mərkəzindəki yanğın nəticəsində 3 alim ölüb.


Femida.az report-a istinadən bildirir ki, bunu Nəqliyyat və İnformasiya və Texnologiyaları naziri Məhəmmədcavad Azeri-Cehromi bildirib.

Onun sözlərinə görə, yanğın səbəbi hələ məlum deyil.

Nazir bildirib ki, yanğın 1979-cu il fevralın 11-də baş vermiş inqilabın 40-cı ildönümü ilə bağlı keçirilən tədbirdə baş verib.

Qeyd edək ki, yanvarın 15-də İran "Peyam" ("Mesaj") adlı yerli istehsal olan süni peyki kosmosa buraxmışdı, ancaq peyk qəzaya uğramışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 449