50 yaşlı kişini maşın vurdu


11:07     04 Fevral 2019 piyada5.jpg

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Teatr meydanının yaxınlığında "VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1968-ci il təvəllüdlü şəhər sakini Pənahov Ramiz Məmməd oğlunu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 212