Silah-sursatı könüllü olaraq polisə təhvil verdi


11:13     04 Fevral 2019 polis.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.


Femida.az

Açar sözlər:

Oxunub: 199


Oxşar xəbərlər