26 yaşlı oğlanın meyiti yaşadığı evdən tapıldı
11:40 04 Fevral 2019
Bakıda gənc oğlanın meyiti tapılıb.
Femida.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Binəqədi qəsəbəsində baş verib.
Fevralın 2-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 1992-ci il təvəllüdlü, Nuriyev Seyran Tofiq oğlunun yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub.
Hadisə yerinə baxış zamanı yataq otağında çuqun materialdan hazırlanmış soba aşkar edilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, S.Nuriyev yataq otağında huşsuz vəziyyətdə aşkar olunub.
Faktla bağlı Binəqəd Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 -ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 320
Oxşar xəbərlər
- 26 ildən sonra azadlığa qovuşan MADAGİZ
- 26 cinayətin üstü “isti izlər”lə açılıb
- 26 cinayətin üstü “isti izlər”lə açıldı
- 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
- 26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi doğma rayonuna gətirildi - RƏSMİ
- 26 yaşlı oğlan bıçaqlandı
- 2677 əcnəbiyə iş icazəsi verilib
- 26 nəfər saxlanılıb - DİN məlumat yaydı
- 26 yaşlı gənci avtomobil vurub - Sumqayıtda
- 263 min nəfər kredit kompensasiyası alıb