Qarşıdakı iki günün hava şəraiti necə olacaq?


11:52     04 Fevral 2019 hava%20nece%20olacaq.jpg

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq”.

Onun sözlərinə görə, mülayim şimal küləyi gündüz saatlarında cənub küləyi ilə əvəz olunacaq: “Havanın temperaturu paytaxtda günorta saatlarında 7-9, bölgələrdə 9-14, dağlıq ərazilərdə 3-7 dərəcə isti olacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 310