“Qardaşım İlham Əliyev sağ olsun, onu bizə təslim etdi” - Ərdoğan


14:16     04 Fevral 2019 19_02_04_1549276010.jpg


“FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki, bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb”.


Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan FETÖ-nün ABŞ Konqresində adamlarının olduğunu da diqqətə çatdırıb: “Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm. Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Ona (Fətulah Gülən-red) inanan, arxasınca gedən şəxslər var. Onlar həqiqəti öyrənməlidirlər”.

Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: “Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.

Femida.az

Açar sözlər: #Ərdoğan   #Türkiyə   #siyasət   #İlham_Əliyev  

Oxunub: 867