Lotoreyadan 70 milyon qazanan biletin sahibi niyə ortaya çıxmır? - MÜƏMMA


15:34     04 Fevral 2019 19_02_04_1549280338.jpg


Türkiyədə “Milli Piyango” yəni, milli lotereya çempionatında 70 milyon lirə qazanan lotereyanın sahibi bir aydan çoxdur ki, ortaya çıxmır.

Femida.az xəbər verir ki, 35 gün keçməsinə baxmayaraq, şanslı şəxsin kimliyi hələ də bilinmir.

31 dekabr 2018-ci ildə 70 milyon lirəni qazanan şanslı biletin nömrəsi 7615536 olub. Lakin hələ də onun ortaya çıxmaması insanlarda maraq doğurmağa başlayıb.

NTV-nin məlumatına görə, 70 milyon lirəni qazanan biletin 2019-cu il dekabrın 31-dək vaxtı var. Bu tarixə qədər o, pulunu almazsa, məbləğ lotoreyanın uduş büdcəsinə köçürüləcək.

Qeyd edək ki, şanslı bilet İstanbulda Kadıköy ərazisində alınıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #lotoreya  

Oxunub: 542