Silahla gəzən keçmiş məhkum tutuldu


16:10     04 Fevral 2019 2019/02/15492-1549279470_1549283062.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Orxan Əliyev saxlanılaraq Şəhər Baş Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram narkotik vasitə hesab edilən tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 267