Sarkisyan 5 saat dindirilib

Sarkisyan 5 saat dindirilib


16:48     04 Fevral 2019 sarkisyan.jpg

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan 2008-ci il martın 1-dəki hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Femida.az Report-a istinadən xəbər verir ki, məlumatı “Armtimes” şəxsi mənbələrinə əsasən yayıb.

Onun bu işlə bağlı istintaqa yenidən çağırılacağı da vurğulanıb.

Xatırladaq ki, Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan eks-prezidentin ifadə vermək üçün quruma çağırılacağını bildirmişdi.

Qeyd edək ki, Serj Sarkisyan 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərində namizəd olaraq iştirak edib. O vaxt Ermənistanın Mərkəzi Seçki Komissiyası onun 52,8 faiz səs topladığını elan etmişdi. Həmin siyasi kampaniyada Sarqsyanın Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyana qalib gəldiyi bildirilmişdi. 2008-c il martın 1-də səsvermənin nəticələrinə etiraz edənlərə qarşı güc tətbiq olunmuş, 10-dan çox aksiyaçı öldürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 156