Türkiyədə azərbaycanlının meyiti tapıldı - Müəmmalı ölüm


17:25     04 Fevral 2019 19_02_04_1549286789.jpg


Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin cəsədi yaşadığı evin hamam otağında aşkar edilib.

Femida.az yerli KİV-ə istinadən bildirir ki, onun cəsədi dostunun anası tərəfindən tapılıb.

Məlumatlara görə, qadın dərhal polisə xəbər verib.

S.Abdullayevin turizm sektorunda işlədiyi bildirilib. Onu sonuncu dəfə bu gün səhər saatlarında itini gəzdirdikdən sonra evə gələndə görüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

S.Abdullayevin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 412