Azərbaycan paralimpiya tarixində ilk: Qış idman növündə qızıl medal


18:25     04 Fevral 2019 2019/02/da73f138-4249-4fae-8c00-b5facca7357a_1549287767.jpg


Xizəkçi Gülnar Rəhimova Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növləri üzrə beynəlxalq yarışda medal qazanıb.


Milli Paralimpiya Komitəsindən Femida.az-a verilən məlumata görə, dağ xizəyi üzrə İranda keçirilən Asiya çempionatında iştirak edəm idmançı ilk gündə nəhəng slalom yarışında qalib olub.

O, ikinci gün slalom üzrə yarışda da ən yaxşı nəticəni göstərib və qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları ilk dəfə qış idman növü üzrə beynəlxalq yarışa qatılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 477