Vəkillər Kollegiyası toplandı, xəbərdarlıq edildi
20:27 04 Fevral 2019
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Qurumdan Femida.az -a verilən məlumata görə, iclası giriş sözü ilə Kollegiyanın sədri Anar Bağırov açaraq bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqi barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Yığıncaqda Tərtər və Astara rayon vəkil bürolarının təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb.
İclasda vəkillər barəsində başlanılmış 8 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə irad, 1 vəkilə xəbərdarlıq verilib, 3 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 3 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Oxunub: 582
Oxşar xəbərlər
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər
- Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib
- Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu
- Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib
- Vəkillər Kollegiyası üçün yeni bina ayrıldı
- Vəkillər Sabirabadda şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərdi
- Vəkillər Kollegiyası şəhid jurnalistlərlə bağlı 230 beynəlxalq təşkilata müraciət edib
- Vəkillər Kollegiyası Bakı Dövlət Universiteti ilə əməkdaşlığa başlayır
- Vəkillər bu məhkəməyə telefonla daxil ola biləcək
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi