Ermənistan azərbaycanlının qatilini azadlığa buraxdı


21:43     22 Oktyabr 2015 3373.jpg

Ermənistanın Kentron və Nork Maraş inzibati dairələrinin ümumi məhkəməsi Soqomon Koçaryanı həbsdən azad edib.


Bu barədə AzVision.az “Armenia Today”-ə istinadən xəbər verir.

Koçaryan 1995-ci ildə İran azərbaycanlısını öldürdüyünə görə ölüm hökmünə məhkum edilib. Daha sonra isə bu qərar ömürlük həbs cəzası ilə əvəzlənib.

20 il həbsxanada olduğu vaxt Koçaryanın həyat yoldaşı və qızı vəfat edib. Onun həyat yoldaşı xəstəlikdən, dünyasını dəyişib, 19 yaşlı qızı isə ötən il özünə qəsd edib. Qızının intihar etməsindən sonra Koçaryanın vəziyyəti kəskin şəkildə pisləşib.

Qeyd edək ki, bu Ermənistan tarixində ömürlük həbs cəzası alan şəxsin azadlığa buraxılmasına dair ilk faktdır.

Açar sözlər:

Oxunub: 1053