51 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb


22:12     04 Fevral 2019 dava_014.jpg

Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.

Femida.az report-a istinadən bildirir ki, hadisə Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 51 yaşlı İ.Mustafayev həmkəndlisi tərəfindən ağac parçası ilə döyülüb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə mal-qara üstdə düşən mübahisə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 465