Mnatsakanyan Qarabağa görə parlamentə çağırıldı


23:02     04 Fevral 2019 2019/02/F706B7D1-E63A-43FA-A4A4-8B33A0EE145B_1549307104.jpeg

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan parlamentə dəvət olunub.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook”da yazıb.

Parlamentdə XİN rəhbərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsinin aparılması gözlənilir.

Marukyanın sözlərinə görə, XİN rəhbəri bu məqsədlə fraksiya üzvləri ilə görüşə dəvət edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 408