Dünən 19 nəfər saxlanılıb
09:12 05 Fevral 2019
Fevralın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Femida.az-a DİN-dən daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 319
Oxşar xəbərlər
- Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...
- Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb
- Dünən yollarda karantini pozan 1 822 nəfər cərimələndi
- Dünən 40 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 24 cinayətin üstü açılıb
- Dünən 3 nəfər yol qəzasında ölüb - RƏSMİ
- Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 19 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə