Evdən çıxdı, bir daha geri qayıtmadı - 19 yaşlı qızın müəmmalı gedişi


09:13     05 Fevral 2019 itkin_0088.jpg

Bakıda 19 yaşlı qız itkin düşüb.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə Xətai rayonu, General S.Mehmandarov küçəsində baş verib.

Həmin ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Tərlan Rəsulov polisə müraciət edərək bildirib ki, onunla birlikdə həmin ünvanda yaşayan qızı, 2000-ci il təvəllüdlü Şəms Tərlan qızı Rəsulzadə fevralın 1-də saat 13 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İtkin   #Qız   #Bakı  

Oxunub: 488