Notariuslar haqqında bunları bilmək vacibdir - Hüquqi maarifləndirmə


09:26     05 Fevral 2019 19_02_05_1549344379.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mpvzumuz notariuslar barədədir. Notariat hərəkətləri ilə bağlı 3 vacib məqamı təqdim edirik.



Kimlər notarius ola bilər?

Notarius Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsii olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir.

Hansı halda notariat hərəkətinin aparılması dayandırıla bilər?

Aidiyyəti orqanlardan əlavə məlumat və ya sənəd tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək üçün notariat hərəkətinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.

Notarius hansı sənədlərin və onların surətinin düzgünlüyünü təsdiq edə bilər?

Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #notarius   #notariat   #sənəd   #hüquq   #qanun   #maarifləndirmə   #femida  

Oxunub: 2187