Hacıqabulda əcnəbi 2000 cərimələndi

Hacıqabulda əcnəbi 2000 cərimələndi


10:17     05 Fevral 2019 valyuta_manat_0257.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.


Femida.az xəbər verir ki, araşdırma zamanı təqsirkar şəxsin Qətər dövlət vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 133