Usubov generalın qardaşı oğluna vəzifə verdi - FOTO
13:39 05 Fevral 2019
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib.
Femida.az-ın xəbərinə görə, nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.
Rasim Musayev Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, Cəlilabad Rayon Polis şöbəsinin rəisi, Gəncə Şəhər Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifələrində çalışıb.
Rasim Musayevin çoxsaylı cinayət törətmiş dəstənin aşkar edilməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında xüsusi xidmətləri olub. General 2015-ci ildə vəfat edib.
Femida.az
Oxunub: 2029
Oxşar xəbərlər
- “İşlər Mövlamın vasitəsilə Qaralov və Usubova məruzə olunurdu” - Şöbə rəisi faktlar AÇIQLAYIR
- Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”
- Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atır"
- Şəhid Orxan Yusubovla Gəncədə vida mərasimi keçirilir
- Ramil Usubov: "Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır"
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Rüstəm Usubov Tovuzda vətəndaş qəbulu keçirəcək
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Usubov Moskvada təhlükəsizlik katibləri ilə bir arada - FOTOLAR