Baş nazirin Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşdi
14:05 05 Fevral 2019
Hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib.
Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinləniləcək.
Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.
Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.(modern.az)
Femida.az
Oxunub: 282
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib