Azərbaycanlı biznesmenin ölüm səbəbi bilindi
15:02 05 Fevral 2019
Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətli sifarişli olub.
Femida.az oxu.az-a istinadla xəbər verir ki, qatil peşəkarcasına hərəkət edib. İlkin ehtimallarda qətlin şəhərin Plesetsk və Karqopolsk rayonlarında gedən meşə sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı olduğu bildirilib.
Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində ələ keçib. Polis bölməsinə gətirilən 47 yaşlı kişi cinayəti etiraf edib.
Qeyd edək ki, əslən Azərbaycanın Ağdaş rayonundan olan R.Hüseynov yanvarın 31-dən fevralın 1-nə keçən gecə güllələnərək qətlə yetirilib. Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə keçinib. Onun cəsədi öldürüldüyü gün Karqopolsk rayonunda tapılıb.
R.Hüseynov bu gün doğulduğu Ağdaş rayonunun Şordəhnə kənd məzarlığında dəfn edilib.
Femida.az
Oxunub: 1088
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib