Meşədən bu meyvələri yığanlar cərimələnəcək


18:09     05 Fevral 2019 19_02_05_1549372255.jpg

Artıq vətəndaşlar meşədən yığılan cır meyvələrin (alma, armud, zoğal, alça və s.) kiloqramına görə 1 manat, çaytikanının kiloqramına görə 3 manat, tökülmüş yarpaqların kiloqramına görə isə 50 qəpik ödəməli olacaq.


Femida.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavədə yer alıb. Qeyd olunub ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər aşağıdakı kimi müəyyən olunub:



Açar sözlər:

Oxunub: 1007