Ötən il Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüb


21:17     05 Fevral 2019 2019/02/3DD6FD28-0FC1-4B63-9C2E-CBFDB4348751_1549388890.jpeg

"Keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir"

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşündə deyib.

"Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb", - deyən ölkə başçısı vurğulayıb ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər.

"Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük", - deyə prezident vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 327