ETSN: Bakıda zəlzələ ilə bağlı dağıntılar haqqında məlumat daxil olmayıb
00:09 06 Fevral 2019
2019-ci il tarixində, 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov "Report"a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.
"Bununla bağlı mütəxəssislərimiz tərəfindən AMEA ilə birgə araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə o bildirib.
Daha əvvəl AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"