Azərbaycanda 6 bal gücündə zəlzələ olub - RƏSMİ


01:14     06 Fevral 2019 zelzele3.jpg

Azərbaycanda 4,4 və 6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib.

Femida.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 369