Ölkədə ardıcıl üçüncü zəlzələ baş verib


02:07     06 Fevral 2019 2018/01/bayil-surusme_1516862188.jpg

Azərbaycanın Ağsu rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb.

Femida.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca isə İsmayıllı rayonunda 6 (23:31) maqnituda gücündə zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda və 11 km cənub-qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 556