Bakıda 14 yaşlı qızı zorlamaqda ittiham olunan hotel rəhbəri həbs edildi


09:28     06 Fevral 2019 zorlama.jpg

Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:

“Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanası göndərilib. İstintaq isə davam edir”.

Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov N.Əhmədovun həbs edildiyini təsdiqləyib.

Xatırladaq ki, iddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da qeyd edilir.

Açar sözlər:

Oxunub: 864