Zəlzələ Şamaxıda 12-yə yaxın tikiliyə ziyan vurub


09:54     06 Fevral 2019 2019/02/51452-1549431703_1549432814.jpg

Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 12-ə yaxın tikiliyə ziyan dəyib.


Femida.az xəbər verir ki, bu barədə Azvision.az -a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Təbriz Məmmədov məlum verib. Onun sözlərinə görə, zəlzələ ilə əlaqədar qəzalı vəziyyətdə olan hasarlar və ya evlərin bir hissəsində uçma olub.

“Ciddi fakt yoxdur, salamatçılıqdır. Zəlzələ baş verəndən səhərə qədər rayon fövqəladə hallar komissiyası işləyib, rayon rəhbərliyi insanların arasında olub ki, panika olmasın. Şamaxı dağlıq zonada olduğu üçün burada zəlzələlər tez-tez olur. Əsasən köhnə evlərə, hasarlara və ya həyətyani tikililərə ziyan dəyib”.

Femida.az

Açar sözlər:

Oxunub: 370